İyulun 14-ü günortadan sonra Afina Akropolu həddindən artıq istilər səbəbindən qismən bağlanacaq. Bu barədə Yunanıstanın Mədəniyyət Nazirliyi həmin gün məlumat yayıb.
Qaziler.az bildirir ki, “Afina Şəhərinin Qədim Əşyalar İdarəsi iyulun 14-də Akropol Arxeoloji Zonasının günorta saatlarında fəaliyyətini dayandıracağını elan edir. Son giriş saat 12:00-da, işin bərpası saat 17:00-da olacaq. Qədim Aqora və Keramikos yerləri açıq qalacaq, burada arxeoloji muzeyləri ziyarət etmək mümkün olacaq”, - RİA Novosti-nin aldığı məlumatda deyilir.
Yunanıstanda iyulun 14 və 15-də havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyi gözlənilir. Bununla əlaqədar olaraq, gündüz saatlarında ölkədə dövlət qurumları bağlanacaq, açıq havada iş və çatdırılma xidmətləri qadağan ediləcək.
QAZİLER.AZ