“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq qaçqınları internetlə təmin etmək işində BMT-yə kömək edəcəyini bildirib. İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, M. Zukerberq bunu BMT-də çıxış edərkən deyib. O bildirib ki, sosial şəbəkə miqrantların tezliklə kömək almasına və ailələri ilə əlaqə qurmasına yardımçı olacaq.
M. Zukerberq qeyd edib ki, qaçqın düşərgələrini internetə qoşmaq heç də altruizm nümunəsi deyil və sosial şəbəkəyə yeni istifadəçilər cəlb etmək vasitəsidir.“Facebook”un yaradıcısı inkişaf etməkdə olan ölkələrdə internetə çıxışın genişləndirilməsinin 160 milyona yaxın adamı səfalətdən xilas edəcəyini söyləyib.