Ukrayna kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var. Kiyevdə Kremlin planlarından xəbərdardırlar.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Reuters agentliyinə müsahibəsində deyib.
"Bizim öz mənbələrimiz var. Belə desək, ən yaxın ofislərdə (Putinə). Ona görə də biz adətən nə baş verdiyini bilirik", - o deyib.
Budanov heç bir sübut təqdim etməyib, lakin qeyd edib ki, o, hələ keçən il genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyanın işğalını dəqiq proqnozlaşdırıb.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı "Vaqner" qrupunun lideri Yevgeni Priqojinin Rusiya daxilində dəstəyə malik olduğu haqda Rusiya Daxili İşlər Nazirliyinin sorğusunu ələ keçirib.
QAZİLER,AZ