Rusiya Polşanın qeyri-dost münasibətinə belə cavab verdi

Rusiya Polşanın qeyri-dost münasibətinə belə cavab verdi backend

Rusiya hökuməti Polşanın Smolenskdəki konsulluğu bağlamaq qərarına gəlib, müvafiq sənəd iyulun 14-də hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, konsulluğu bağlanması barədə əmri Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, bu qərar Varşavanın Moskvaya qarşı qeyri-dost hərəkətlərinə cavab olaraq qəbul edilib. Bu, iki ölkə arasında konsulluq qurumlarının paritetini bərpa edəcək.

Xarırladaq ki, konsulluq Rusiya-Polşa əlaqələrini inkişaf etdirmək və iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə 2011-ci ildə açılıb.

QAZİLER.AZ

Diaspora