İsveç Ali Məhkəməsi Ankaranın daha əvvəl ekstradisiyasını tələb etdiyi iki vətəndaşın Türkiyəyə ekstradisiyasını dayandırıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna SVT Nyheter-in yazdığı məhkəmə qərarına istinadən xəbər verir.
Türkiyə sözügedən şəxslərin silahlı terror təşkilatının üzvləri olduğunu bildirib.
Onların Gülən hərəkatına (Türkiyədə “Hizmət” adlanır – red.) qoşulduqları və yalnız hərəkat üzvlərinin istifadə etdiyi “ByLock” mobil proqramını yükləyərək istifadə etdikləri bildirilir.
Tətbiq Türkiyədə qadağan edilmiş şifrəli mesajlaşma xidmətidir.
Ekstradisiya şərtlərindən biri də sorğunun əsasında duran əməlin həm Türkiyədə, həm də İsveçdə cinayət olmasıdır. İyunun 1-dən İsveçdə terror təşkilatında iştirak cəzalandırılır.
QAZİLER.AZ