Ana körpəsini yanğından xilas etmək üçün üçüncü mərtəbədən atdı - FOTO

Ana körpəsini yanğından xilas etmək üçün üçüncü mərtəbədən atdı - FOTO backend

Çində yanğınının "mühasirə"sində qalan ana uşağını pəncərədən ataraq xilas edib.

Çində qadın bir aylıq körpəsini xilas etmək üçün yanan mənzilin pəncərəsindən atıb.

Qaziler.az bildirir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Vençjou şəhər sakininin mənzilində  baş verib. Evin 3-cü mərtəbəsində yaşayan ana və körpə  binadan çıxa bilməyiblər. Qadın uşağı tüstüdən və dəm qazından qorumaq üçün açıq pəncərəyə gedib. O, qışqıraraq yoldan keçənlərdən körpəni xilas etmək üçün yalvarıb. Çinli qadının pəncərəsinin altına toplaşan ona yaxın adam kömək etməyə hazırlaşıb. Aşağıdakı adeyal açıb, qadın uşağı onun üstünə atıb. Hər şey yaxşı qurtarıb, körpə xilas edilib.

Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası körpənin anasını və binadan çıxa bilməyən digər qadını xilas edib. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb.

QAZİLER.AZ

Diaspora