Dünyada İİV epidemiyası 2030-cu ilə qədər sona çata bilər.
Qaziler.az xəbər verir ki, bu barədə BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının saytında dərc olunan hesabatda qeyd olunub.
Təşkilat qeyd edib ki, bu, dünyada İİV-ə test və antiviral müalicənin genişləndirilməsi sayəsində mümkün olub.
UNAIDS-in “QİÇS-ə son qoyma yolu” adlı yeni hesabatında QİÇS-ə son qoymağın siyasi və maliyyə seçim olduğunu, artıq bu yolu izləyən ölkələr və liderlərin qeyri-adi nəticələr əldə etdiyini göstərən məlumatlar və nümunələr var.
QAZİLER.AZ