Hizbullahın Livandakı lideri Həsən Nəsrullah bəyan edib ki, İsrail iyulun 4-dən tamamilə işğal altında olan Qacar kəndindən çıxmalıdır, əks halda həmin əraziləri onların ixtiyarlarına buraxmayacaqlar.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Nəsrullah Hizbullah ilə İsrail arasında 2006-cı il iyulun 12-də ölkənin cənub sərhədində başlayan 34 günlük qarşıdurmanın 17-ci ildönümündə çıxışı zamanı deyib.
Hizbullahın video konfrans vasitəsilə təşkil etdiyi proqrama qatılan Nəsrullah Livanın İsraillə quru sərhədinin aydın olduğunu, lakin İsrailin Livana aid bəzi bölgələrdə yerləşdiyini və oradan çəkilməli olduğunu bildirib.
İyulun 4-də qismən Livana aid olan və sərhəddə yerləşən Qacar kəndinin bütünlüklə İsrail tərəfindən işğal edilməsinə və ətrafına məftillə hasar çəkməsinə toxunan Nəsrullah, “Tam koordinasiya olarsa, işğal olunmuş Qacar torpaqlarımızı geri ala bilərik. Müqavimət (Hizbullah) ilə dövlət arasında əldə olunub”. dedi.
Nəsrullah işğal altındakı kəndin gec-tez həll edilməli bir məsələ olduğunu və bu torpaqları İsrailə verməyəcəklərini bildirib.
QAZİLER.AZ