Ən çox kiberhücumlara məruz qalan ölkələr açıqlandı

Ən çox kiberhücumlara məruz qalan ölkələr açıqlandı backend

Koronavirus səbəbiylə internetdən istifadənin artması kiber hücumçuları da hərəkətə keçirib. Xüsusilə 2020-ci ildə kiberhücumların sayında rekord artım qeydə alınıb.

Koronavirusla birlikdə artan kiberhücumlar bu gün də intensiv şəkildə davam edir.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, ötən ilin kiberhücum məlumatları açıqlanıb. Əldə edilən məlumatda kiberhücumlara ən çox məruz qalan ölkələr də müəyyən edilib.

Antivirus proqram təminatı şirkəti ESET-in məlumatına görə, kiberhücumlara ən çox məruz qalan əməliyyat sistemi “Android” olub. 2022-ci ilin üçüncü rübündə “Android” cihazlarına kiberhücumlara ən çox məruz qalan ölkələr isə aşağıdakılardır:

Braziliya (8,5%)

Ukrayna (7,6%)

Meksika (7,3%)

Rusiya (6,6%)

Türkiyə (5%)

ABŞ (4%)

Əvvəllər kibercinayətkarlar əsasən masaüstü cihazlara və proqram təminatına diqqət yetirirdilərsə, indi smartfonlara hücum edirlər. Çünki şirkətlərin ağıllı telefonlarda işçilərinə tətbiq etdiyi təhlükəsizlik xidməti yoxdur. Ona görə də kiber hücumçular telefondan işçilərin şirkət məlumatlarına asanlıqla daxil ola bilirlər.

QAZİLER.AZ

Diaspora