Vilnüsdə keçirilən sammitdə ABŞ prezidenti Co Bayden NATO-ya üzv ölkələrin dəqiq sayını deyə bilməyib.
Qaziler.az xəbər verir ki, baydenin görüntüləri “RİA Novosti” teleqram kanalında yayımlanıb.
Çıxışı zamanı Ağ Evin rəhbəri təxmini rəqəmlər deyib, lakin heç cür düzgün olan rəqəmi deyə bilməyib.
"NATO tezliklə otuz ikinci olacaq, otuz üç olacaq. Xalqımızı və ərazimizi birlikdə müdafiə edən üç, iki azad üzv”, - Bayden deyib.
Qeyd edək ki, bugünə qədər Alyansa 31 dövlət daxil olub.
QAZİLER.AZ