Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmamışdan əvvəl öz ərazisində xarici qoşunların yerləşdirilməsində maraqlı olmadığını bildirib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə NATO-nun Vilnüs sammitində brifinq zamanı Ukrayna lideri qeyd edib. Zelenski bildirib ki, dövlətin kifayət qədər öz silahlı qüvvələri var. O, eyni zamanda NATO silahlarından imtina etməyib.
“Heç kim Polşa qoşunlarının ölkəmizdə yerləşdirilməsi məsələsini qaldırmır. Nə NATO ölkələri, nə də biz bunda maraqlı deyilik, nə qədər ki, biz NATO-da deyilik, istəmirik bu və ya digər xarici silahlı qüvvələr bizdə olsun. Silahlı qüvvələrimiz kifayət qədərdir, yeganə məsələ NATO tipli spesifik müasir silahlardır”, - deyə Ukrayna prezidenti bildirib.
QAZİLER.AZ