İran Keniyada avtomobil zavodu tikəcək

İran Keniyada avtomobil zavodu tikəcək backend

Keniya prezidenti Vilyam Ruto İranın ölkəsində avtomobil zavodu quracağını açıqlayıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ruto paytaxt Nayrobidə səfərdə olan İran prezidenti İbrahim Rəisi ilə görüşüb. İki liderin bir araya gəlməsindən sonra ölkələr arasında səhiyyə, heyvandarlıq, balıqçılıq, investisiya və informatika sahələrində anlaşma memorandumu imzalanıb.

Ruto prezident ofisi tərəfindən canlı yayımlanan mətbuat konfransında Keniyanın İranla ticarətinin artdığına işarə edərək, Keniyanın kənd təsərrüfatı məhsullarını İran üzərindən Orta Asiyaya daşımaq istədiyini bildirib.

İran və Keniya arasında əməkdaşlığı davam etdirəcəklərini vurğulayan Ruto, İranın sahilyanı Mombasa şəhərində avtomobil zavodu quracaqlarını da qeyd edib.

İran prezidenti Rəisi səhiyyə, kənd təsərrüfatı və balıqçılıq kimi sahələrdə əməkdaşlığı artıra biləcəklərini və İran məhsullarının Keniya bazarına daha çox cəlb olunmasını istədiklərini qeyd edib.

10 ildən sonra Afrikaya səfər edən İran lideri İbrahim Reisi Keniyadan sonra Uqanda və Zimbabveyə səfər edəcək.

QAZİLER.AZ

Diaspora