Münhen avtomobil sərgisində ilk dəfə təqdim edilən “Renault 5” elektrikli hetçbekinin yeni görüntüləri yayımlanıb.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, hazırda sınaq mərhələsində olan avtomobilin 2024-cü ildə bazara çıxarılması planlaşdırılır. Paylaşılan fotolarda isə modelin istehsaldan əvvəlki prototipləri əks olunub.
Elektrikli avtomobil CMF-B platformasından istifadə edən ilk model olaraq gələcək. Ön oxa quraşdırılmış 136 at gücünə malik mühərriklə təchiz ediləcək avtomobil 40 və 52 kVt/saat tutumlu iki akkumulyator ilə yollara çıxacaq.
52 kVt/saat tutumlu akkumulyatorun avtomobili 400 kilometrə qədər məsafə qət etməsini təmin edəcəyi bildirilir.
İlkin qiyməti 25 min avro olacaq “Renault 5” “Renault”un Fransanın şimalındakı “Douai” zavodunda istehsal olunacaq.
QAZİLER.AZ