İspaniyada hökm sürən isti havalar səbəbindən bəzi bölgələrdə temperatur 43 dərəcəyə qədər yüksəlib.
Qaziler.az DHA-ya istindla xəbər verir ki, paytaxt Madrid də daxil olmaqla bəzi şəhərlərdə istilik 40 dərəcəyə qalxdığı üçün narıncı, temperaturun 43 dərəcəyə yüksəldiyi Teruel, Zaraqoza və Albasete bölgələrində isə qırmızı təhlükə elan edilib.
Avropa Birliyinin Yer kürəsini kosmosdan müşahidə proqramı olan Kopernikin peyki Sentinel 3 tərəfindən ölçülən hava istiliyi xəritəsinin görüntüsü paylaşılıb.
Peyk görüntülərində İspaniyanın böyük hissəsinin yüksək temperaturun təsiri altında olduğu görülüb.
QAZİLER.AZ