İraqda qaçırılmış Türkiyə vətəndaşları azad edilib

İraqda qaçırılmış Türkiyə vətəndaşları azad edilib backend

İraqda qaçırılmış 10 türkiyəli vətəndaşdan son 8 nəfəri azad edilib. Trend-in "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl İraqda qaçırılmış 2 Türkiyə vətəndaşı azad edilmişdi.

Türkiyə rəsmiləri məlumatı nə təsdiq, nə də təkzib ediblər.

Xatırladaq ki, sentyabrın 2-də Bağdadda "Nurol İnşaat" şirkətinin əməkdaşları olan 10 Türkiyə vətəndaşı qaçırılmışdı.
Diaspora