Almaniyanın Ukraynaya uzaqmənzilli raketlər vermək niyyəti yoxdur - Pistorius

Almaniyanın Ukraynaya uzaqmənzilli raketlər vermək niyyəti yoxdur -  Pistorius backend

Almaniya hökuməti digər ölkələrin qərarlarına baxmayaraq, Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə bağlı mövqeyini dəyişmək niyyətində deyil.

RBC-Ukrayna Handelsblatt-a istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Əgər ayrı-ayrı tərəfdaşlar bunu edərsə (uzaqmənzilli raketlərin ötürülməsi - red.), deməli, bu, onların suveren qərarıdır. Biz mövqeyimizi dəyişmək niyyətində deyilik", - nazir NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində vurğulayıb.

Eyni zamanda o, əlavə edib ki, Almaniya Ukraynanın ikinci mühüm müttəfiqi olduğu üçün onu tənqid etmək üçün heç bir səbəb görmür.

“Bizsiz Ukraynanın hava hücumundan müdafiəsi tamamilə ağlasığmaz olardı”, Pistorius deyib.

QAZİLER.AZ

Diaspora