Rusiya ilə müharibə davam etdikcə Ukrayna NATO-ya tamhüquqlu üzv ola bilməyəcək.
Qaziler.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq brifinq zamanı deyib.
Stoltenberqin deyib ki, indi Ukraynanın Şimali Atlantika Alyansına gələcək üzvlüyü ilə bağlı iki şərt var.
"Birinci səviyyə təhlükəsizlik, müdafiə, idarəetmə institutlarının modernləşdirilməsi, korrupsiyaya qarşı mübarizə səviyyəsidir. Hər bir NATO ölkəsi bunu edir", - Stoltenberq izah edib.
İkincisi, Ukrayna ərazisindəki müharibəyə aiddir.
"Ukrayna Silahlı Qüvvələri yüksək bacarıq və səriştəsini nümayiş etdirdi və bu, heyranedicidir. Lakin bütün müttəfiqlər razılaşır ki, müharibə olduğu bir vaxtda Ukraynanı Alyansın tamhüquqlu üzvü etmək vaxtı deyil", - NATO-nun baş katibi deyib.
QAZİLER.AZ