İrandan İraqa "hücum" xəbərdarlığı

İrandan İraqa "hücum" xəbərdarlığı backend

İran İraq hökumətinin sentyabr ayına qədər ölkənin şimalındakı silahlı qruplaşmalara qarşı tədbir görmədiyi təqdirdə bölgədə hücumları bərpa edəcəyini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İranın yarı rəsmi Tesnim Xəbər Agentliyinin məlumatına görə, İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Məşhəddə keçirilən tədbirdə çıxış edərək deyib: Şimali İraqda İranın sərhəd təhlükəsizliyinə təhdid yaradan “separatçı terror təşkilatları” mövcuddur.

Əvvəlki illərdə bu təşkilatlara qarşı raket və dronlarla hücumlar edildiyinə diqqət çəkərək, İraqın bu təşkilatları sentyabr ayına qədər tərksilah edəcəyinə söz verdikdən sonra əməliyyatları dayandırdıqlarını söyləyənBaqiri belə davam ediblər:

"İraq öhdəlik götürənə qədər gözləyəcəyik. Ümid edirik ki, İraq hökuməti üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. O vaxta qədər bu qruplar tərksilah edilməsə və ya (İrana qarşı) hər hansı bir tədbir görülməsə, şübhəsiz ki, onlara qarşı əməliyyatlarımız daha şiddətli şəkildə təkrarlanacaq".

QAZİLER.AZ

Diaspora