“Yens Stoltenberg təşkilatın baş katibi olduğu müddətcə NATO birlik olacaq”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. Onun fikrincə, Rusiya lideri Vladimir Putin Alyansı darmadağın edə bilərdi, lakin indiki rəhbərliklə bunu etmək çətin olacaq.
NATO-nun Vilnüs sammitində baş katibə müraciət edən Bayden Stoltenberqin dünya arenasında siyasi vəziyyətdə böyük rol oynadığını vurğulayıb.
“Prezident Putin hələ də NATO-nu dağıda biləcəyini düşünür, lakin o, bunu edə bilməz, xüsusən də siz bizimlə olduğunuz zaman”, - Ağ Evin rəhbəri bildirib.
Bayden həmçinin Stoltenberqin Ukrayna böhranı kontekstində yüksək səviyyədə məlumatlı olmasını, Finlandiya və İsveçin təşkilata daxil olmasını yüksək qiymətləndirib.
QAZİLER.AZ