“Toyota” 10 dəqiqəyə enerji yığacaq avtomobillər hazırlayır

“Toyota” 10 dəqiqəyə enerji yığacaq avtomobillər hazırlayır backend

Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Toyota” hazırda elektrik avtomobilləri üçün yeni nəsil akkumulyatorlar üzərində işləyir.

Texnoloji irəliləyiş əldə etdiyini bildirən “Toyota” yeni texnoloji akkumulyatorlar ilə avtomobillərin 10 dəqiqəyə sürətli enerji yığaraq 1200 km məsafə qət edə biləcəyini açıqlayıb.

Şirkət 2025-ci ilə qədər maye əsaslı akkumulyatorlara nisbətən üstünlüklər təklif edən qabaqcıl bərk cisim akkumulyatorlara sahib olan avtomobillər hazırlamaq planını açıqlamışdı.

Yapon istehsalçısı litium-ion batareyalar ilə müqayisədə daha yüngül və təhlükəsiz olduğu bildirilən bu akkumulyator texnologiyasını elektrikli avtomobillərə inteqrasiya etmək üçün çalışır.

QAZİLER.AZ

Diaspora