ABŞ-də sürücüsüz taksilərə qarşı etirazlar başlayıb - FOTO

ABŞ-də sürücüsüz taksilərə qarşı etirazlar başlayıb - FOTO backend

Son illərdə sürücüsüz avtomobil texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Bu şirkətlərdən biri olan və gələcəkdə sürücüsüz robot taksi xidməti təqdim etməyi planlaşdıran ABŞ-nin “Cruise” şirkəti San Fransiskoda sürücüsüz (avtonom) taksi xidmətini istifadəyə verib.

San-Fransisko əhalisi artıq şəhərin küçələrində getdikcə artan sürücüsüz taksilərdən narahat olmağa başlayıb. Vətəndaşlar təhlükəsizliklə bağlı çoxlu sayda pilotsuz maşının yola çıxmasından narahat olduqlarını bildiriblər.

“Safe Street Rebels” adlı qrupun çətiri altında birləşən vətəndaşlar sürücüsüz taksiləri dayandırmağın yolunu da tapıblar. Vətəndaşlar taksilərin kapotuna yol konusları qoyaraq sensorların düzgün işləməməsinə nail olur. Nəticədə taksilər hərəkət edə bilmir.

Şəhər sakinləri bu maşınları insanlar üçün təhlükəli hesab edirlər. Bundan əlavə, avtonom taksilərin paytaxt küçələrində sıxlığı artırması ilə bağlı şikayətlər artmağa başlayıb.

Robot taksi operatorları “Waymo” və “Cruise” polisdən etirazçılara müdaxilə etməyi və onları qanunsuz küçə etirazlarını dayandırmağa məcbur etməyi xahiş ediblər.

QAZİLER.AZ

Diaspora