Səudiyyə Ərəbistanında qatıldığı qeyri-qanuni şənlikdə büstqalterində bir miqdar narkotik vasitə daşıyarkən yaxalanan stüardessanın başı bəlaya girib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, İlaria De Rosa adlı 24 yaşlı qız azadlığa buraxılması üçün krala yalvarıb.
Məlumatda qeyd edilib ki, gənc qız ölkənin narkotiklərlə bağlı sərt qanunlarını pozduğuna görə 6 ay həbs cəzasına məhkum edilib. De Rosa və vəkilləri onun həbs cəzasının ləğvi üçün hərəkətə keçiblər.
Daha sonra De Roza sərbəst buraxılması üçün Səudiyyə Ərəbistanı kralı 87 yaşlı Salman bin Əbdüləziz əl-Səuda yalvarıb.
Gənc qızın ailəsi və vəkilləri bildiriblər ki, müraciət qəbul olunarsa, o bu payızda evinə qayıda bilər.
Qeyd edilib ki, ölkədə narkotik cinayətlərinə görə ölüm cəzası tətbiq olunduğu halda, De Rozanın cəzası yüngül hesab olunur.
QAZİLER.AZ