İlon Maska məxsus “SpaceX” şirkəti interneti dünyanın əlçatmaz nöqtəsinə çatdırmaq layihəsi çərçivəsində yeni “Starlink” peyklərini buraxmağa davam edir. Şirkət indi orbitə 4000-dən çox Starlink peyki çıxarıb və daha minlərlə peyk buraxmağı planlaşdırır.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, “Starlink” peyklərinin astronomiya tədqiqatları üçün ayrılmış tezlik diapazonlarını “arzuolunmaz” elektromaqnit şüalanma ilə çirkləndirdiyi bildirilib. Bu barədə Avropa Cənub Rəsədxanasının (ESO) hesabatında məlumat dərc edilib.
Belə ki, “Starlink” peyklərindəki elektron avadanlıqların 110 ilə 188 meqahers arasında olan radio diapazonlarına radiasiya sızdığı aşkar edilib.
Hesabatda qeyd olunub ki, sözügedən peyklər 10,7 ilə 12,7 giqahers arasındakı tezliklərdə istifadə edilib, tezlik diapazonlarından kənara yayılaraq elektromaqnit çirklənməyə səbəb olub.
Tədqiqatçıların fikrincə, arzuolunmaz səbəblərdən radiasiya astronomiya müşahidələrinə mənfi təsir göstərə bilər.
QAZİLER.AZ