“Taliban” İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırdı - FOTO

“Taliban” İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırdı - FOTO backend

“Taliban” hökuməti Quranın yandırılması nümayişinə qarşı heç bir tədbir görməyən  İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını açıqlayıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə “Taliban” müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media hesabında epaylaşım edib. O, Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını bildirib.

Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bildirib ki, bütün İslam ölkələri İsveçlə münasibətlərinə yenidən baxmalıdırlar.

"Taliban" 15 avqust 2021-ci ildə Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda 28 iyunda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.

QAZİLER.AZ

Diaspora