İndoneziya Sahil Mühafizəsi qeyri-qanuni neft daşımaqda şübhəli bilinən İran bayrağı altında üzən neft tankerini ələ keçirdiyini bildirib.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, “Arman 114” adlı gəmi 272 569 ton yüngül xam neft daşıyıb və onu icazəsiz başqa gəmiyə ötürməkdə şübhəli bilinib.