Türkiyənin Suriyadakı bazası atəşə tutulub

Türkiyənin Suriyadakı bazası atəşə tutulub backend

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Azaz şəhəri (Ərəb Respublikasının şimal-qərbində yerləşən Hələb vilayəti) yaxınlığında yerləşən bazası raket atəşinə məruz qalıb.

Məlumata görə, zərbə nəticəsində bir əsgər şəhid olub, daha bir neçəsi müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun arxasında hansı qüvvələrin olması barədə məlumat yoxdur.

Xatırladaq ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimal bölgələrində üç hərbi əməliyyat keçirib: “Fərat Qalxanı”, “Zeytun Budağı” və “Sülh çeşməsi”. Nəticədə Hələbin şimalındakı Azaz və Cerablus şəhərləri arasında bufer təhlükəsizlik zonası yaradılıb, Afrin və Fərat çayının şərqindəki sərhəd bölgələri nəzarətə götürülüb.

Mənbə: TASS

Oxu.az

Diaspora