Küveytdə yayda həddindən artıq istilər səbəbindən ölən şəxslərin cəsədlərinin gecə basdırılmasına qərar verilib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat Küveytin “Ər-Ray” qəzetində dərc olunub.
Qərarın həyata keçirilməsi üçün Vəqflər Nazirliyindən fətva alındığı, iyul və avqust ayları üçün keçərli olduğu qeyd edilib.
Dəfn işlərinin asanlaşdırılması məqsədi ilə dəfn mərasimlərinin axşam və gecə namazları arasında həyata keçiriləcəyi, bələdiyyələr tərəfindən vətəndaşlara işıqlandırma və digər xidmətlərin göstəriləcəyi bildirilib.
QAZİLER.AZ