Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin illik hesabatında Ukraynadakı müharibənin ölkə sərhədlərini keçə biləcəyi vurğulanıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə agentliyin 61 səhifəlik “İllik Fəaliyyət Hesabatı 2022” dərc olunub. Hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı təhlil bölməsində aşağıdakı ifadələr yer alıb:
“Hərbi əməliyyatlar güclənmək və Ukrayna ərazisindən kənara çıxmaq potensialını saxlasa da, kütləvi qırğın silahlarından istifadə ehtimalını tamamilə istisna etmir. Proseslər əsas enerji və nəqliyyat dəhlizlərinin marşrutlarını dəyişir və nəticədə miqrantların Avropaya əhəmiyyətli axını baş verir”.
Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanov hesabatı dəyərləndirərkən bildirib ki, Müdafiə Nazirliyi Ukraynadakı müharibənin bu ölkənin hüdudlarından kənara çıxa biləcəyini düşünmür.
QAZİLER.AZ