Dünya əhalisinin 2030-cu ildə 8,5 milyard, 2050-ci ildə isə 9,7 milyard olacağı gözlənildiyi halda, miqrantları qəbul edən Qərb ölkələrində müxtəlif irqlərdən olan insanların nikahları nəticəsində qurulan ailələrin sayı artır.
Qaziler.az AA-ya istinadla xəbər evrir i, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Komissiyası və müxtəlif Avropa ölkələrinin məlumatlarında yer alıb. Əldə edilən statistikaya görə, özlərini müxtəlif irqlərdən olan valideynlərin uşaqları kimi qələmə verənlərin sayında artım var.
ABŞ, İngiltərə, Kanada, Almaniya və Fransa da daxil olmaqla OECD-nin 38 üzvü arasında immiqrant əhalinin, xüsusən də Avropada 2050-ci ilə qədər bütün əhalinin 15-32 faizə qədər artacağı təxmin edilir.
Hesabata görə, bu il ABŞ-də azlıq kimi qəbul edilən qrupların uşaqlarının sayının çoxluq təşkil etdiyi müşahidə edilib. Bu isə əvvəlcədən 2042-ci ildə ABŞ-də azlıqların çoxluq təşkil edəcəyi proqnozunu verir.
QAZİLER.AZ