Afrika qitəsinin cənub ucunda yerləşən Cənubi Afrikanın Yohannesburq şəhərinə 2012-ci ildən bəri ilk dəfə qar yağıb.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, isti hava şəraiti Şimal yarımkürəsində həyatı çətinləşdirsə də, Cənub yarımkürəsində qış fəsli yaşanır.
2012-ci ildən bəri ilk dəfə qarın yağdığı Yohannesburqda insanlar bağlara, bağçalara axışıb.
Sübh tezdən ağ örtüklə qarşılaşan cənubi afrikalılar qartopu oynayaraq, qar adamı düzəldərək qarın dadını çıxarıblar.
Səlahiyyətlilər isə əhalini diqqətli olmaları və illər sonra müşahidə olunan qar yağışına qarşı əlavə tədbirlər görmələri barədə xəbərdarlıq edib.
Meteoroloqlar isə qarın Şərqi Kap və Mpumalanqa əyalətlərində gözlənildiyini də bildiriblər.
QAZİLER.AZ