Çində açıq havada işləmək qadağan olundu

Çində açıq havada işləmək qadağan olundu backend

Son günlər Çinin əksər bölgələrində güclü istilər müşahidə olunur ki, bu da ölümlə nəticələnib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, ölkənin Hebey bölgəsində açıq havada işləməyi tamamilə məhdudlaşdıran “qırmızı xəbərdarlıq” elan edilib. Belə ki, işəgötürənlərin işçiləri açıq məkanlarda işə götürməsinə icazə verilmir və səlahiyyətlilər xalqı qorumaq üçün lazımi tədbirlər görür.

Ölkənin şimalında isə həddindən artıq isti ilə əlaqədar ikinci ən yüksək səviyyəli xəbərdarlıq olan “narıncı xəbərdarlıq” verilib. Açıq havada işləmək qadağan olunsa da, bölgədə kuryerlər, restoranlar və pərakəndə satışla məşğul olanlar işləməyə davam edir.

Qeyd edək ki, iyilun 6-da Çinin paytaxtı Pekində qırmızı həyəcan siqnalı verilib və işçilərdən açıq yerlərdə işlərini dayandırmaq tələb edilib.

Paytaxt Pekində havanın temperaturu 40 dərəcədən yuxarı olub və iki nəfər istidən dünyasını dəyişib.

Bəzi vətəndaşlar istidən qorunmaq üçün yeraltı sığınacaqlara köçüb.

Ölkənin şimalında həddindən artıq istilər və quraqlıq yaşanarkən, cənubda sel fəlakətləri ilə mübarizə aparılır.

QAZİLER.AZ

Diaspora