Naməlum şəxslər Bolqarıstanda rus admiralı Uşakovun abidəsindən 13 zəng oğurlayıblar.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, oğrular Bolqarıstandakı Kaliakra burnunda rus admiralı Fyodor Uşakovun abidəsinin bir hissəsi olan 13 bürünc zəngi oğurlayıblar.
Bu barədə iyulun 10-da Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Bolqarıstan Tarix Muzeyinin direktoru Penko Georgiyevin sözlərinə görə, onların hər birinin çəkisi təxminən 10 kq-dır. Belə ağır əşyaları oğurlamaq üçün naməlum şəxslər hansısa “texniki vasitələrdən” istifadə ediblər.
İndi polis hadisəni törədənləri axtarır.
QAZİLER.AZ