Hollandiyanın baş naziri siyasətdən gedir

Hollandiyanın baş naziri  siyasətdən gedir backend

Hollandiyanın baş naziri Mark Rutte noyabrda keçirilməsi planlaşdırılan seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hollandiyada ən uzun müddət vəzifədə olan baş nazirlərdən biri olan Rutte cümə günü 4 partiyalı koalisiya hökumətinin istefasını Hollandiya kralı Villem-Aleksanderə təqdim edib.

Mark Rutte cümə günü istefa qərarından sonra bu gün siyasətdən çəkiləcəyini açıqlayıb.


Rutte immiqrasiya siyasəti səbəbindən hökuməti dağılandan sonra ölkənin hakim partiyasının rəhbərliyini tərk edəcəyini və noyabrda keçiriləcək seçkilərdən sonra siyasətdən gedəcəyini bildirib.

"Dünən verdiyim qərar nəticəsində mən Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının lideri kimi növbəti seçkilərdə iştirak etməyəcəyəm", - Rutte bildirib.

QAZİLER.AZ

Diaspora