Berlin administrasiyası hesab edir ki, Kiyevin qoşulması üçün münasib vaxt hələ çatmayıb. Alyansa üzv dövlətlər arasında fikir ayrılıqlarına görə Ukrayna NATO-dan kənarda qalacaq.
Qaziler.az bildirir ki, Rusiya ilə öz torpaqlarının azadlığı uğunda döyüşən Ukrayna öz təhlükəsizliyini NATO çətiri altında təmin etmək istəyir.
Hərbi alyansın bəzi üzvləri Kiyev administrasiyasının Qərbdən tələbini alqışlasa da, bəzi ölkələr bundan uzaqdır.
İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO-nun sammitində müzakirə olunacaq mövzular arasında hərbi alyansa qoşulmaq istəyən Kiyevin vəziyyəti də var.
Almaniya hökuməti mənbələrinin məlumatına görə, sammit Ukraynanı NATO-ya üzv olmağa dəvət etməyəcək.
Hökumətə yaxın mənbələrin sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü üçün konkret addımlar atmağın hələ ki, vaxtı deyil.
NATO üzvü olan müttəfiqlər arasında bu məsələdə fikir birliyi yoxdur. Almaniya daha çox diqqəti Ukraynaya konkret yardım göstərilməsinə yönəltmək istəyir.
Sözügedən sammitdə Almaniyanın Ukraynaya hərbi texnika tədarükü ilə bağlı mühüm açıqlama paylaşmasının gözlənildiyi bildirilib.
QAZİLER.AZ