Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib

Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib backend

32 yaşlı iş adamına daha əvvəl 3 dəfə sui-qəsd təşkil edilibmiş Rusiyanın Volqoqrad şəhərində 32 yaşlı azərbaycanlı iş adamı qətlə yetirilib. Hadisə dünən axşam 20:30 radələrində Volqoqradın Dzerjinski rayonunda baş verib. Naməlum şəxslər "Lexus" markalı avtomobildə olan azərbaycanlı iş adamına odlu silahdan atəş açıblar. Nəticədə ağır yaralanan azərbaycanlı xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən iş adamı, 1983-cü il təvəllüdlü Əsədov Zülfüqar Mütəllim oğludur. 4 uşaq atası olan Zülfüqar Volqoqradda bizneslə məşğul olub. Əslən Şəmkirin Zəyəm kədindən olan iş adamı sentyabrın 26-dan axşam saatlarında yaşadığı evin qarşısında maskalı şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Kalaşnikov avtomatı ilə silahlanan maskalı şəxslər Z. Əsədovun idarə etdiyi maşına yaxınlaşaraq ona bir neçə dəfə atəş açıblar. Hadisə zamanı avtomobildə başqa bir şəxs də olub. Lakin ona heç bir xəsarət yetirilməyib. Maskalı şəxslər Z. Əsədova avtomatdan bir neçə dəfə atəş açaraq, hadisə yerindən gəldikləri avtomobillə qaçıblar.
Ağır yaralanan Z. Əsədovu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad üzrə regional bölməsinin sədri Teymur Həsənov Z. Əsədovun cəsədinin bu gün dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonunun Zəyəm kəndinə aparılacağını bildirib. Onun sözlərinə görə, qətli törədənlər hələlik müəyyənləşməyib.

Qeyd edək ki, qətlin sifarişli olması ilə bağlı iddialar va. Buna qədər Z. Əsədova 3 dəfə sui-qəsd olunub. Sentyabrın 26-da baş verən sui-qəsd isə dördüncü olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" və "qanunsuz odlu silah gəzdirmə" maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Diaspora