Bosniya və Herseqovinadan NATO-ya ÇAĞIRIŞ

Bosniya və Herseqovinadan NATO-ya  ÇAĞIRIŞ backend

Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Denis Zvizdiç NATO-dan ölkənin şimal-şərqindəki Brcko bölgəsinə qoşun yeritməyi xahiş edib.

Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Denis Zvizdiç sosial media hesabından verdiyi açıqlamada NATO-nun 11-12 iyul tarixlərində Rusiya sərhədindən 300 km məsafədə yerləşən Vilnüsdə keçiriləcək sammitində Qərbi Balkanların da müzakirə ediləcəyini bildirib. 

1992-1995-ci illərdə Bosniya və Herseqovinada müharibəyə son qoyan Dayton Sülh Müqaviləsi əsasında NATO-dan Brcko bölgəsinə qoşun yerləşdirməsini tələb edən Zvizdiç: Atılacaq bu addımla Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikasının (RS) ayrılması layihəsinin qarşısı alınacaq, sonra isə sıradan çıxarılacaq”. fikrini bildirib.

QAZİLER.AZ

Diaspora