Polşa hökumətinin Suriya və İraqdakı müharibə səbəbindən ölkələrindən qaçan köməksiz insanlara qucaq açması birmənalı qarşılanmayıb. APA TV-nin məlumatına görə, 9 min qaçqına qucaq açan Polşa hökumətinin bu qərarı ölkədə etirazlara səbəb olub.
Paytaxt Varşava və bir neçə şəhərdə qaçqınlar və İslam dini əleyhinə etiraz aksiyaları keçirilib. Aksiya zamanı "Müsəlman qaçqınlar Avropanın Troya atıdır" deyə şüarlar da səsləndirilib.Baş nazir Eşa Kopaciz isə qeyri-hökumət təşkilatlarının Varşavada təşkil etdiyi bir tədbirdə irqçilik və İslam dini əleyhinə yazılan şüarların silinməsində iştirak edib. O bildirib ki, bu tip mesajlar internet saytlarında da var və bunun kimi neqativ hallar dərhal aradan qaldırılmalıdır.