Çində uşaq bağçasına bıçaqlı hücum olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, 25 yaşlı şəxsin hücumu nəticəsində üçü uşaq olmaqla altı nəfər həyatını itirib.
İlkin məlumata görə, Çinin cənub-şərqindəki Quanqdonq əyalətində uşaq bağçasına bıçaqlı hücum nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb, 1-i yaralanıb.
BBC-nin xəbərinə görə, polis hücumun yerli vaxtla saat 07:40-da uşaq bağçasında baş verdiyini bildirib.
Polis bağçaya hücum edən 25 yaşlı şəxsin tutulduğunu və hücumun səbəbinin araşdırıldığını bildirib.
QAZİLER.AZ