Son 11 gündə 73 min müharibə qurbanının sığındığı Xorvatiyaya axın davam edir. APA TV-nin məlumatına görə, Serbiyadan avtobuslarla Xorvatiya sərhədinə gətirilən mühacirləri burada polis və həkimlər qarşılayır.
Məlumata görə, iki ölkə sərhədi arasında qurulan düşərgədə hazırda 7 minə yaxın qaçqın müalicə alır. Beynəlxalq Qızıl Xaç Komitəsi isə ölkələrindən qaçarkən ailə üzvlərini itirənlərə bir-birini tapmaq üçün kömək edir.Qeyd edək ki, qaçqınların növbəti dayanacağı Macarıstan olacaq.