Ağ Evdə tapılan kokain yalnız ABŞ prezidenti Co Baydenə və ya onun oğlu Hunterə aid ola bilərdi.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu fərziyyə şəxsi sosial hesabında Amerikanın keçmiş prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.
ABŞ-ın sabiq liderinin sözlərinə görə, onun “saxta xəbər mediası” adlandırdığı Amerika mediası tezliklə yazacaq ki, bu toz, ümumiyyətlə, dərman deyil, aspirindir.
Xatırladaq ki, iyulun 4-də Ağ Evdə şübhəli maddənin tapıldığı bildirilmişdi. İlkin analizlər tozun kokain ola biləcəyini təsdiqləyib və əlavə sınaqlar aparılır.