ABŞ Ukraynaya yeni yardım paketi ayırıb.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Hərbi yardım paketinə daxildir: 32 ədəd “Bradley” piyada döyüş maşını, 32 ədəd “Stryker” zirehli transportyoru, “Patriot” hava hücumundan müdafiə sistemləri və HIMARS raket sistemləri üçün əlavə sursat, “Stinger” və “Javelin” zenit sistemləri, 105 və 155 mm mərmilər, artilleriya qurğuları üçün DPICM kaset sursatları, “Penguin” pilotsuz uçuş sistemləri, atıcı silahlar və 28 milyondan çox patron və qumbaraatan mərmisi, ehtiyat hissələri və digər sahə avadanlıqları.
Hərbi yardımın ümumi məbləği 800 milyon dollardır.