Finlandiya Co Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir

Finlandiya Co Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir backend

Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Co Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.

AZƏRTAC STT-yə istinadla xəbər verir ki, daxili sərhəddə müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq.

Daxili sərhədlər Şengen ölkələri arasındakı sərhədlərə aiddir.

Finlandiya Prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və gələn cümə axşamı Helsinkidə Şimali Amerika-ABŞ sammitinə ev sahibliyi edəcək.

 

 

Diaspora