Ölkədə kifayət qədər şirin su olmasa da, TƏKLİFLƏR VAR

Ölkədə kifayət qədər şirin su olmasa da, TƏKLİFLƏR VAR backend

Avropa ölkəsində artıq kifayət qədər şirin su yoxdur.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, İtaliyada 2022-ci ildə şirin su ehtiyatları rekord həddə azalıb. "Reuters" agentliyi İtaliya Milli Statistika İnstitutuna(ISTAT) istinadən bu barədə məlumat yayıb.

Mütəxəssislərin fikrincə, mayenin miqdarı 1991-ci ildən 2020-ci ilə qədər müşahidə edilən orta illik 133 milyard kubmetrlə müqayisədə 50 faiz azalıb.

Ehtiyatların azalmasına temperaturun ümumi artımı və yağıntıların azalması təsir göstərib. Eyni zamanda, 2022-ci ildə şiddətli quraqlıq İtaliyanın ərazisinin təxminən 20 faizinə təsir edib.

İtaliyanın Kənd Təsərrüfatı Naziri Françesko Lollobrigida bildirib ki, ölkənin yeni reallığa uyğunlaşmasına ehtiyac var. O, hesab edir ki, İtaliya yağış sularını toplamaq üçün daha çox hovuz tikməli, həmçinin su təchizatı şəbəkələrindəki problemlərlə məşğul olmalıdır. Bundan əlavə, nazir bəzi əkin sahələrinin şimal rayonlarına köçürülməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib.

 

 

Diaspora