Pakistanda daşqınlar və torpaq sürüşmələri azı 50 nəfərin həyatına son qoyub

Pakistanda daşqınlar və torpaq sürüşmələri azı 50 nəfərin həyatına son qoyub backend

Pakistanda son iki həftədə musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.

“İyunun 25-dən bəri ölkə üzrə ən azı 50 nəfər leysan yağışlarının fəsadlarının qurbanı olub, daha 87 nəfər xəsarət alıb. Ən çox ölənlərin sayı Pəncab əyalətində olub. Burada çökmələr və sürüşmələr 20-yə yaxın insanın ölümü ilə nəticələnib”, - mənbələr bildirib.

Bundan əvvəl ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla bölgəsində güclü torpaq sürüşməsi nəticəsində 8 yeniyetmə ölüb. Hazırda xilasedicilər dağıntılar altında qalan uşaqların axtarışını davam etdirirlər.

Daşqınlar Pəncabın inzibati mərkəzi olan Lahor şəhərinə ciddi ziyan vurub.

 

 

Diaspora