Niderlandın Baş naziri istefa verib

Niderlandın Baş naziri istefa verib backend

Baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Niderland hökuməti istefa verib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə cümə günü Niderland Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda “hökumətin istefası krala təqdim olunacaq”. Rutte əlavə edib ki, hakim koalisiyanın dağılması miqrasiya siyasətindəki fikir ayrılıqları ilə bağlıdır.

Hollandiya Yayım Korporasiyası mənbələrə istinadən bildirib ki, hazırki Nazirlər Kabineti yeni parlament seçkiləri keçirilənə və yeni hökumət formalaşana qədər öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

 

 

Diaspora