Ukrayna səhiyyəsi marixuanadan istifadəni dəstəklədi

Ukrayna səhiyyəsi marixuanadan istifadəni dəstəklədi backend

Ukrayna Səhiyyə Nazirliyi tibbi çətənə əsasında hazırlanan dərmanların leqallaşdırılmasını dəstəkləyib.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ukraynanın səhiyyə nazirinin müavini İqor Kuzin bildirib.

“Biz şübhəsiz ki, Səhiyyə Nazirliyi tərəfindən belə bir qanunvericilik təşəbbüsünü dəstəkləyirik”, - o qeyd edib.

Kuzinin sözlərinə görə, hazırda parlamentdə müzakirə olunan qanun layihəsi tibbi çətənədən hazırlanmış dərmanların tibbi məqsədlər üçün istifadəsinə icazə verilir. O vurğulayıb ki, bununla bağlı artıq bir çox ölkələr qanunvericilikdə müvafiq dəyişikliklər qəbul ediblər.

QAZİLER.AZ

Diaspora