Böyük Britaniyada evlərin orta qiyməti iyun ayında 2,6 faiz azalaraq, 2011-ci ilin iyun ayından bəri ən böyük illik düşüş yaşayıb.
Qaziler.az xəbər verir ki, İngiltərənin mənzil kredit təşkilatı “Halifax Housing Price Index”in məlumatına görə, mənzil qiymətlərində düşüş may ayında 1,1 faiz, iyunda isə 2,6 faiz olub.
Beləliklə, Böyük Britaniyada son 12 ildə evlərin qiymətlərinin ən sürətli azalması iyun ayında qeydə alınıb.
Ölkədə evlərin orta qiyməti 285 932 funt sterlinq olduğu halda, qiymətlərin pik həddə çatdığı 2022-ci ilin avqustunda bu rəqəm 293 992 funt sterlinq olub.
Yeni tikilən mənzillərin qiymətləri də 1,9 faiz artsa da, qiymətlərdə artım tempi son üç ilin ən aşağı səviyyəsinə düşüb.
QAZİLER.AZ