Türkiyədə xaricdən gətirilən mobil telefonların qeydiyyatı üçün tələb olunan rüsum 6 min 91 TL-dən (390 manat) 20 min TL-yə (1300 manata) qaldırıldıqdan sonra Artvin Sarp Sərhəd Qapısında fövqəladə gün yaşanıb, vətəndaşlar Gürcüstana axın edib.
Qaziler.az DHA-ya istinadla xəbər verir ki, bu gecədən qüvvəyə minəcək qərardan əvvəl Türkiyənin Qafqaz ölkələrinə açdığı sərhəd qapısı olan Sarp Sərhəd Qapısında sıxlıq yaranıb.
Xaricdən telefon almaq istəyən və yüksək vergidən təsirlənmək istəməyənlər sərhəd qapısına axışıblar.
Şərqi Qara dəniz vilayətlərindən gələnlər Qara dəniz Sahil Yolu üzərində uzun növbələr yaradıblar. Bəzi insanlar 15 kilometr uzunluğunda olan növbələrdə maşında gözləyib vaxt itirməmək üçün piyada yürüyüb.
QAZİLER.AZ