Liviyada 29 neft və 12 təbii qaz yatağı kəşf edildi

Liviyada 29 neft və 12 təbii qaz yatağı kəşf edildi backend

Liviyanın neft və təbii qaz naziri Məhəmməd Avn quruda və dənizdə 29 yeni neft və 12 təbii qaz yatağının kəşf edildiyini bildirib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən liviyalı nazir seysmik tədqiqatlar üçün prioritetin türk şirkətləri olduğunu bildirib:

“Türkiyə şirkətlərinin bu sahədə kifayət qədər təcrübəsi var, onların seysmik tədqiqat və qazma gəmiləri də var. Seysmik tədqiqatlarda Türkiyə şirkətləri üstünlük təşkil edir. Liviyaya yaxın olduğu üçün gəmilərin bölgəyə gəlməsi daha asan olur və az xərəc tələb edir”.

Dünyadakı seysmik tədqiqat gəmilərinin ABŞ, Norveç və İtaliya kimi məhdud sayda ölkələrdə olduğunu qeyd edən liviyalı nazir Türkiyənin ABŞ və Norveç kimi ölkələrlə müqayisədə Liviyaya daha yaxın məsafədə yerləşdiyinə diqqət çəkib.

QAZİLER.AZ

Diaspora