Antonio Quterreş “taxıl sazişi”ni uzatmağa çağırdı

Antonio Quterreş “taxıl sazişi”ni uzatmağa çağırdı backend

"Ölkələr Qara Dəniz Taxıl Təşəbbüsünü genişləndirməlidir, çünki onun genişlənməsi dünyada ərzaq qiymətlərinin artımını azaltmağa kömək edir".

APA-nın xəbərinə görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O vurğulayıb ki, 2022-ci ildə əldə olunan razılaşmalar “dünyada ərzaq qiymətlərinin davamlı azalmasına kömək edir”.

Baş katib bütün maraqlı tərəfləri qlobal ərzaq təhlükəsizliyini prioritetləşdirməyə çağırıb.

 

Diaspora